Ermənistan dövlətçiliyinin sonu ola bilər


Siyasət 22 Fev 2021 18:07:00 46 0

Ermənistan dövlətçiliyinin sonu ola bilər

"Ermənistanda özünü müxalifət adlandıran o hərəkat ki var, indi Paşinyana qarşı müxtəlif kütləvi aksiyalar keçirirlər, müxtəlif erməni ictimai qruplaşmaları ayağa qaldırmağa çalışırlar, onların əslində bugünkü ritorikası - ölkə hökümətinə qarşı çox aqressiv çıxışları daha çox Ermənistan daxili auditoriyasına istiqamətlənib". 

Bunu Son.az-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa alternativi yoxdur:

"Bu gün Ermənistan cəmiyyəti çox ağır durumdadır. Həm iqtisadi, həm siyasi, həm psixoloji, həm ölkədəki sosial vəziyyət baxımından çox çətin vəziyyətdədir. Ona görə onlar istəyirlər, fürsətdən istifadə edərək faktiki olaraq öz daxili siyasi məqsədlərinə çatıb Paşinyanı devirsinlər. Amma xarici siyasət nöqteyi nəzərdən mən əminəm ki, hələ yaxın aylar, illər ərzində Ermənistanda hansı qüvvə hakimiyyətə gəlsə, ciddi dəyişikliklər olmayacaq. Rusiyanın, Azərbaycanın ittiham edildiyi o çıxışlar populistlikdən başqa bir şey deyil. Ermənistan üçün Rusiya ilə, Azərbaycanla, bütövlükdə bölgə ölkləri ilə əməkdaşlığın alternativi yoxdur. Paşinyan bunu öz xoş niyyətli olduğundan etmir ki. Paşinyan bunu ona görə edir ki, buna məhkumdur, buna məcburdur. Və nə qədər ki, reallıqlar hələ ki bölgədə indiki kimidir, Ermənistanda yaxın müddət ərzində kim hakimiyyətə gələrsə, başqa alternativ ssenari yoxdur". 

E.Məmmədov deyib ki, Rusiyanın əleyhinə getmək Ermənistan dövlətçiliyinin sonu olar:

"Proseslərin bu istiqamətə yönəlməsi bölgədəki durumla bağlıdır. Bu, elə-belə olmadı ki. Bu, kənar güclərin, ilk növbədə ABŞ-ın, qərb ölkələrinin bölgəyə təsirinin azalması ilə çox ciddi şəkildə əlaqəlidir ki, faktiki olaraq bölgə dövlətləri prosesləri özləri istiqamətləndirdi, özləri həll etdi. Belə olan halda Ermənistan bölgənin ən zəif dövləti kimi bölgədəki yeni reallıqlarla hesablaşmağa məhkumdur. Ona görə də hesab edirəm ki, bölgədə baş verən hazırkı proseslər bizim ölkəmizin xeyirinədir, inişaf edir və belə olan halda Ermənistan da kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq bu geosiyasi və regional iqtisadi reallıqlarla Ermənistan Azərbaycanla da dil tapmağa məhkumdur və şübhəsiz ki, Rusiya ilə də dil tapmaq ümumiyyətlə Ermənistanın varlığının olub-olmaması ilə bağlı bir həyati məsələdir. Ona görə, Ermənistan üçün Rusiyanın əleyhinə getmək bütövlükdə Ermənistan dövlətçiliyinin sonu demək olar". 

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan Yerevanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirir:

"Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur".

Təhməz Əsədov Son.az

İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb like
  • 22 Fev 18:04  
Dünya İranda ötən sutka 8 min nəfər koronavirusa yoluxub, 89 nəfər ölüb

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib  CƏDVƏL like
  • 22 Fev 18:02  
Digərləri Azərbaycana ötən il 264 mln. dollarlıq dərman idxal edilib CƏDVƏL

2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya

arrow Ətraflı
Ceyhun Bayramov İtaliya səfirinin ölümü ilə bağlı başsağlığı verib like
  • 22 Fev 18:01  
Siyasət Ceyhun Bayramov İtaliya səfirinin ölümü ilə bağlı başsağlığı verib

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikas

arrow Ətraflı
"Ağır həyat yaşayırıqsa, valideyni ittiham etməliyik?" like
  • 22 Fev 17:59  
Şou-biznes "Ağır həyat yaşayırıqsa, valideyni ittiham etməliyik?"

"Bu gün uşaqlara güclü olmağı öyrətmək lazımdır. Xarici film və

arrow Ətraflı
Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə iclas keçirilib like
  • 22 Fev 17:57  
Siyasət Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə iclas keçirilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş q

arrow Ətraflı
"Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı like
  • 22 Fev 17:54  
Dünya "Boeing" 777 modellərinin istifadəsini dayandırmağa çağırdı

"Boeing" şirkəti ABŞ-dakı aviaşirkətlərə "Pratt & Whitney

arrow Ətraflı
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir like
  • 22 Fev 17:50  
Digərləri Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir

Unibank qış qayğılarınızı sıfırlamaq və yaz planlarınızı həyata ke

arrow Ətraflı
"Şoubiznesdə çox az kişi var" like
  • 22 Fev 17:49  
Şou-biznes "Şoubiznesdə çox az kişi var"

Müğənni Elton Hüseynəliyev şou-bizneslə bağlı qalmaqallı açıqlama ve

arrow Ətraflı
Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə etməlidirlər? like
  • 22 Fev 17:47  
Dünya Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə etməlidirlər?

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşl

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 22 Fev 17:44  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
20 Yanvar dairəsinə yaxın ərazidə yanğın başlayıb like
  • 22 Fev 17:42  
Digərləri 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq like
  • 22 Fev 17:41  
Siyasət “Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Minatəmizləmə Ag

arrow Ətraflı
Tərtərdə mülki şəxs minaya düşüb like
  • 22 Fev 17:40  
Digərləri Tərtərdə mülki şəxs minaya düşüb

Tərtərdə mülki şəxs minaya düşüb.

arrow Ətraflı
“Tovuz döyüşləri  Qələbəyə aparan yollar” adlı tədbir keçirildi  FOTO  VİDEO like
  • 22 Fev 17:38  
Digərləri “Tovuz döyüşləri Qələbəyə aparan yollar” adlı tədbir keçirildi FOTO VİDEO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik k

arrow Ətraflı