Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi


Dünya 22 Fev 2021 18:09:00 102 0

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 14 mindən çox yoluxma qeydə alınıb.

Hazırda yoluxanların sayına görə Hindistan ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Bu günədək ölkədə ölənlərin sayı 156 min nəfəri ötüb. 11 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.