Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə etməlidirlər?


Dünya 22 Fev 2021 17:47:00 116 0

Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə etməlidirlər?

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.