Ceyhandan 30 milyon bareldən çox AÇG nefti yola salınıb


Digərləri 22 Fev 2021 17:27:00 157 0

Ceyhandan 30 milyon bareldən çox AÇG nefti yola salınıb

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,601 milyard barel neft nəql edib.

Son.az xəbər verir ki, Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 700 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 41 AÇG nefti daşıyan tanker və ya 30,1 milyon barel neft yola salınıb.