3 dəfə sinə əməliyyatı etdirən qadın peşimandır


Digərləri 22 Fev 2021 16:57:00 139 0

3 dəfə sinə əməliyyatı etdirən qadın peşimandır

33 yaşlı Tracy son 15 il ərzində dəfələrlə plastik əməliyyat etdirib.

Son.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə yaşayan Treysi ilk dəfə 2006-cı ildə bıçaq altına yatıb. Xarici görünüşü ilə bağlı narahatlıq keçirən qadın ilk dəfə sinəsini əməliyyat etdirib.

3 dəfə sinəsini əməliyyat etdirən Treysi həmçinin omba böyütmə əməliyyatı keçirib, burnunu kəsdirib, üzündə bəzi dəyişikliklər etdirib. O, hətta, cinsiyyət orqanını da əməliyyat etdirib.

2 uşaq anası olan Treysi bildirib ki, xarici görünüşü üçün 50 min funt-sterlinq dən ( təxminən 70 min dollar ) çox pul xərcləyib.

O, hazırkı görünüşündən razı qalsa da, ona ünvanlanan şərhlərdən bezib. Belə ki, Treysinin dediyinə görə, ona yazılan mesajlardan 99 faizi söyüşdür. Mesajları yazanlar isə elə həmcinsləridir.