İtaliyanın Konqodakı səfiri qətlə yetirildi


Dünya 22 Fev 2021 15:29:00 112 0

İtaliyanın Konqodakı səfiri qətlə yetirildi

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

Son.az APA-ya istinadən bildirir ki, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.