Ukrayna vaksinləri "Novavax"dan alacaq


Dünya 22 Fev 2021 16:03:00 164 0

Ukrayna vaksinləri "Novavax"dan alacaq

Ukrayna "Novavax" şirkətindən koronavirusa qarşı vaksin alacaq.

Son.az unikal.org-a istinadən bildirir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şirkətlə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Ukrayna "Novavax"dan ilkin mərhələdə 15 milyon dozalıq vaksin tədarük edəcək. Vaksinlərin Ukraynaya çatdırılması işləri iyul ayında həyata keçiriləcək.