"Qiyam olarsa, atəş açılacaq"
Siyasət 22 Fev 2021 16:21:00 58 0
"Müxalifət üsyan, qiyam və ya çevriliş yolu ilə hakimiyyəti dərhal ələ almağa hazırlaşmağa çalışır. Lakin onlar bilməlidir ki, dövlət vətəndaşlarını və dövlət obyektlərini qorumağa hazırdır".
Bu xəbəri də oxu: Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət ediblər
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan "Azadlıq" radiostansiyasının erməni xidmətinə verdiyi müsahibəsində belə deyib.
"Kimsə unutmamalıdır ki, dövlət insanlara atəş açmaqla bağlı inhisarçı hüquqa malikdir. Buna görə də kimsə dövləti hədələmək, çevriliş və ya qiyam yolu ilə hakimiyyəti devirmək fikrinə düşməsin. Hər əməlin qanun çərçivəsində cəzası var", - A.Köçəryan deyib.
Xatırladaq ki, A.Köçəryan 2008-ci ilin martın 1-də İrəvanda dinc nümayişçilərin gülləbaran edilməsi faktlarını araşdıran müstəqil komissiyanın rəhbəri olub. Prezident seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasına və Serj Sarqsyanın "qələbə"sinə etiraz edən erməniləri polislərlə hərbçilər atəşə tutmuş, sonucda 10 nəfər həlak olmuşdu.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan məhz həmin olaylara görə məhkəməyə cəlb olunub.
Andranik Köçəryanın açıqlaması erməni müxalifətinə xəbərdarlıq olmaqla yanaşı, Ermənistan rəhbərliyinin son vaxtlar "xalq etirazları" kimi qələmə verilən aksiyaların gerçək ssenari müəlliflərinə və təşkilatçılarına da messic kimi qəbul edilə bilər.
Baş nazir Nikol Paşinyan və ətrafı artıq anlayırlar ki, İrəvandakı etirazları kənardan idarə edənlər kimlərdir, onlar qarşılarına hansı məqsədlər qoyublar və məramları nədir.
Məhz bu səbəbdən İrəvan iqtidarı müxalifətlə "demokratiya" oyunundan əl çəkərək, sərt davranışa keçməyə qərar verib.
Orxan Hun Son.az
Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət həmkar

Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra bəzi er

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili ilk səf

2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Ukrayna "Novavax" şirkətindən koronavirusa qarşı vaksin alacaq.

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyy

Bu gündən Milli Məclisin deputatların vaksinasiyasına başlanılıb.

Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən

Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə əraz

Rusiyada son sutka ərzində daha 12 604 nəfər yeni növ koronavirusa (COVID-1

İmişli rayonunun Əliqulular kəndində Macarıstan və Türkiyədən alınan

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar ar

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı m
