Prezident İlham Əliyev Azad Cəfərlini yeni vəzifəyə təyin etdi
Siyasət 22 Fev 2021 15:15:00 122 0
Prezident İlham Əliyev A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilir.
Mənbə: milli.az