"Emənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir"


Siyasət 22 Fev 2021 14:37:00 58 0

"Emənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir"

Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya əsasən piyadalara qarşı minadan istifadə etmək, belə mina hazırlamaq, istehsal etmək, başqa cür əldə etmək, toplamaq, saxlamaq qadağandır. Ancaq buna baxmayaraq Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalama siyasətini həyata keçirmişdi. Bu isə yolverilməzdir və beynəlxalq qanunlara ziddir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb:

"Son vaxtlar mətbuatda bizim mülki şəxslərimizin işğaldan azad edilmiş ərazilərdə minaya düşməsi ilə bağlı məlumat yayılır. Ancaq təəssüflər olsun ki, biz bu məsələdə də Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir. Ermənilərin bunu etməkdə isə məqsədləri bəllidir. Onlardan biri mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, digəri isə Azərbaycanın işğaldan azad etdilyi ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Bununla da Ermənistan tərəfi azərbaycanlıların öz ata-baba yurdalrına qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladacağı yeni infrastruktur layihələrini də gecikdirirlər".

J.Əhmədova qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlayıb: "Hesab edirəm ki, qısa müddət ərzində işğaldan azad etdiyimiz ərazilərimiz çiçəklənən bir diyara çevriləcək. Bildiyiniz kimi, böyük quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, möhtərəm Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri də aparılır. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib.

Dövlət qurumlarımızın əvəzsiz xidmətləri və əməyi nəticəsində hər yer qarış-qarış minalardan, partlamamış döyüş sursatlarından təmizlənir. Ancaq Ermənistan tərəfi minalanmış ərazilərimizin xəritələri təqdim edərsə, həmin yerlər daha tez təmizlənər. Bununla da Azərbaycan işğaldan azad etdiyi ərazilərdə infrastruktur layihələrini daha tez həyata keçirər və vətəndaşlarımız öz doğma torpaqlarına daha tez qayıda bilərlər".

Son.az 

Qar Cəlilabadda bir sıra fəsadlar törətdi  VİDEO like
  • 22 Fev 14:35  
Digərləri Qar Cəlilabadda bir sıra fəsadlar törətdi VİDEO

Ötən gün axşam saatlarından etibarən  yağan qar Cəlilabadın dağ və d

arrow Ətraflı
Ləzzətli piroq resepti  like
  • 22 Fev 14:30  
Digərləri Ləzzətli piroq resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
31 yaşlı aktrisadan yarıçılpaq FOTO like
  • 22 Fev 14:27  
Digərləri 31 yaşlı aktrisadan yarıçılpaq FOTO

"Netflix"in yeni serialındakı roluna görə "Golden Globe"

arrow Ətraflı
Şəhid olduğu döyüşdə 20ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov  VİDEO like
  • 22 Fev 14:26  
Digərləri Şəhid olduğu döyüşdə 20ə yaxın düşmən əsgərini məhv edən Fariz Qurbanov VİDEO

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Far

arrow Ətraflı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiq edilib like
  • 22 Fev 14:25  
Siyasət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Q

arrow Ətraflı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib like
  • 22 Fev 14:24  
Siyasət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qap

arrow Ətraflı
"Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz" like
  • 22 Fev 14:19  
Şou-biznes "Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz"

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasib

arrow Ətraflı
Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu like
  • 22 Fev 14:16  
Dünya Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu

ABŞ-da daha bir qadın müəllim əxlaqsızlıq səbəbindən saxlanılıb.

arrow Ətraflı
Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb like
  • 22 Fev 13:47  
Siyasət Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 a

arrow Ətraflı
Onlayn paltar alan qadın biabır oldu like
  • 22 Fev 13:46  
Digərləri Onlayn paltar alan qadın biabır oldu

Onlayn alış-veriş edən qadın pis vəziyyətdə qalıb.

arrow Ətraflı
Qarabağda, 90 körpü, 2 661 km. yol var like
  • 22 Fev 13:29  
Digərləri Qarabağda, 90 körpü, 2 661 km. yol var

Hazırda Qarabağ ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

arrow Ətraflı
Azərbaycanda piratçılığın səviyyəsi azalıb like
  • 22 Fev 13:27  
Digərləri Azərbaycanda piratçılığın səviyyəsi azalıb

Azərbaycanda piratçılığın səviyyəsi xeyli azalıb.

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlandı like
  • 22 Fev 13:26  
Digərləri Sabahın hava proqnozu açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı