Sumqayıtda 2 nəfər qadını parkda soydu


Kriminal 22 Fev 2021 14:46:00 137 0

Sumqayıtda 2 nəfər qadını parkda soydu

Sumqayıtda qadına qarşı zor tətbiq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumatına görə, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.