Gecə fəaliyyət göstərən çayxana sahibi və müştərilər polisə şöbəsinə aparıldılar FOTO


Digərləri 22 Fev 2021 13:57:00 123 0

Gecə fəaliyyət göstərən çayxana sahibi və müştərilər polisə şöbəsinə aparıldılar  FOTO

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Obyekt sahibi - Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.