Kosmosda TürkiyəAzərbaycan işbirliyi VİDEO


Digərləri 22 Fev 2021 13:02:00 132 0

Kosmosda TürkiyəAzərbaycan işbirliyi  VİDEO

Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirəcək.

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Son.az Real TV-yə istinadən bildirir ki, Azərbaycanda da bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə işbirliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətində olduqlarını deyib

Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. O, kosmik proqramın icrası üçün bütün imkanları var və beynəlxalq əməkdaşlığa hazır olduqlarını bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb və beynəlxalq əməkdaşlığın bütün ölkələrin maraqlarına cavab veridiyini əlavə edib.