Bakıda tıxacların aradan qaldırılması üçün görülən işlər açıqlandı


Digərləri 22 Fev 2021 13:05:07 165 0

Bakıda tıxacların aradan qaldırılması üçün görülən işlər açıqlandı

Bakıda tıxacların aradan qaldırılması üçün görülən işlər açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün keçirilən brifinqdə deyib ki, ökəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq və bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə, Bakı-Sumqayıt yolunun " 20 Yanvar" tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri cari ilin iyun ayında başa çatdırılıb.

Onun sözlərinə görə, bu işlərdən ən önəmlisi, Xırdalan dairəsindəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağının yaradılması işləridir.

S.Məmmədov, həmçinin qeyd edib ki, yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək, yeni bir aşırımlı metal körpünün tikilməsi, bu ərazidə hərəkətin sıxlığını aradan qaldırıb.