“Facebook” öz qol saatı brendini satışa çıxaracaq


Digərləri 22 Fev 2021 12:07:00 137 0

“Facebook” öz qol saatı brendini satışa çıxaracaq

"Facebook" şirkəti 2022-ci ildə öz "Facebook Watch" qol saatlarını satışa çıxaracaq.

Son.az qazet.az-a istinadən xəbər verir ki, bu barədə "Techradar" məlumat yayıb.

Məlumata görə, "Facebook Watch" sahibləri "Facebook" xidmətlərindən istifadə edə, həmçinin mesajlaşa biləcək. Şirkətin "Messenger" və "WhatsApp" tətbiqetmələrinin kiçik saat ekranlarında işləməyə uyğunlaşdıracağı gözlənilir. Bundan əlavə, cihazda bir SIM kart yeri və mobil rabitə dəstəyi olacaq. Həmçinin "Facebook" ağıllı saatlarında fitness və sağlamlıqla bağlı göstəriciləri izləmə xüsusiyyətləri olacaq.

"Facebook Watch" "Google"a məxsus "Android" əməliyyat sistemində çalışacaq. Eyni zamanda, şirkət 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilən öz əməliyyat sistemini inkişaf etdirir.

Məlumata görə, "Facebook" ağıllı saatının ilk versiyası 2022-ci ildə, ikinci nəsli isə 2023-cü ilə çıxacaq. "Facebook Watch"un 399 dollara satışa çıxarılacağı təxmin edilir. Şirkətin rəhbəri Mark Zukerberq isə yeni bir məhsul hazırlamaq planlarını hələ təsdiqləməyib.