Ukraynadan idxal edilən soğan yararsız çıxdı


Digərləri 22 Fev 2021 12:17:00 137 0

Ukraynadan idxal edilən soğan yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynada "ALİKEND" özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Agentlikdən Son.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.