"Mart ayında BakıSumqayıt yolunun təmiri tam başa çatacaq"


Digərləri 22 Fev 2021 12:24:00 143 0

"Mart ayında BakıSumqayıt yolunun təmiri tam başa çatacaq"

Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu gün artıq "20 Yanvar" dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb: "Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək".