Ucarda qəzada ölən qadınla kişinin kimliyi bəlli oldu


Digərləri 22 Fev 2021 12:25:00 135 0

Ucarda qəzada ölən qadınla kişinin kimliyi bəlli oldu

Ucar rayonunda baş vermiş qəzada vəfat edən 3 nəfərin şəxsiyyəti müəyyən edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 20-də Ucar rayonu, Küçəkənd kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Tural Həmzəyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb və kanala düşüb.

Nəticədə sürücü T.Həmzəyev və iki sərnişini vəfat edib. Sərnişinlərin şəxsiyyətini isə bir gün sonra müəyyənləşdirmək mümkün olub.

Onların Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Vüsal İsrafil oğlu və Lənkəran rayon Mamusta kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Xuraman Mədaxil qızı olması müəyyən edilib.

Qəzada həmçinin, 1994-cü il təvəllüdlü Oruc Tağızadə və onun həmyaşıdı Qaraxan Qüdrətov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.