Qubadan Şamaxıya yol çəkilişi layihəsi dayandırılıb


Digərləri 22 Fev 2021 12:26:00 149 0

Qubadan Şamaxıya yol çəkilişi layihəsi dayandırılıb

Şamaxıdan Quba rayonuna yol layihəsi nəzərdə tutulmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu, sadəcə, bir fikir olub, layihə olmayıb. Bu gün araşdırıldı ki Qubadan Şamaxıya yol çəkilməsi hələlik əhəmiyyətli deyil. Ona görə də bu təşəbbüs hələlik dondurulub. Gələcəkdə bu məsələ yenidən gündəmə gələrsə, yolun çəkilməsi məsələsinə baxıla bilər".