"Ermənistandakı revanşizm çağırışları iflasa məhkumdur"
Siyasət 22 Fev 2021 11:50:00 56 0
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin Ermənistanda yaratdığı şokun təsirləri hələ bir müddət davam edəcək. Bu müddətdə revanşist qüvvələrin fəallığının artması gözləniləndir və buna hazır olmalıyıq.
Bu xəbəri də oxu: Gürcü tarixçi: "Allah işğalçı erməniləri cəzalandırdı"
Son.az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, indiki məqamda bu cür çağırışları edənlərin özlərinə də Azərbaycan və Ermənistanın gücü arasındakı fərq yaxşı məlumdur.
Alim əlavə edib ki, əslində Ermənistanı indiki böhranlı, səfil vəziyyətə elə həmin işğalçı və terrorçuların özləri salıblar:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu Nikol Paşinyanın deyil, Sarkisyan-Koçaryan cütlüyünün formalaşdırdığı ordunu darmadağın edib. Hazırda Ermənistanda kütlənin rəyini revanşist çağırışlarla, psevdo-milliyətçi şüarlarla manipulyasiya etmək cəhdləri hakimiyyəti ələ keçirmək üçündür. Xüsusən keçmişdə Ermənistanda hakimiyyətdə olmuş terrorçuların hədəfi budur. Yəqin ki, bu qüvvələrin fəallığı mart-aprel ayları ərzində də davam edəcək. Lakin hətta bu qüvvələr Ermənistanda nəyəsə nail olsalar belə, Azərbaycana qarşı revanşizm çağırışları iflasa məhkumdur. İlk növbədə ona görə ki, indi Azərbaycanın Ermənistanın daxilində gedən proseslərə nəzarət və təsir imkanları daha böyükdür".
E.Kəlbizadə deyib ki, hərbi-strateji baxımdan Azərbaycanın geri qaytardığı mövqelər Ermənistan ordusunun müharibədən sonra qalan tör-töküntülərini də məhv etməyə imkan verir. Sadə erməniləri isə indi Koçaryan, Sarkisyan və digərlərinin hakimiyyətə gəlmə arzularından daha çox iqtisadi və sosial problemlər düşündürür.
Bu gün saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda kütləvi itaətsizlik

Fevral ayında Konqoda Ebola virusuna yoluxanlardan 4 nəfər dünyasını dəyi

Artıq xeyli müddətdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Dep

2020-ci ildə Bakıda 75, Respublika ərazisində 429 olmaqla, yol qurğu eleme

Müğənni Elton Hüseynəliyev xanımı Tamilla Hüseynovaya xəyanət etdiyini

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazaraq 30 ilə ya

Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya say

Cəlillabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilin

Dünya şöhrətli aktrisa Pamela Anderson əri ilə bağlı etirafı ilə günd

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Azərbaycanla Slovakiyanın ikitərəfli münasibətləri konstruktiv xarakter d

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edil
