Slovakiya Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı şəhər" layihələrində maraqlıdır


Siyasət 22 Fev 2021 11:15:00 71 0

Slovakiya Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı şəhər" layihələrində maraqlıdır

Azərbaycanla Slovakiyanın ikitərəfli münasibətləri konstruktiv xarakter daşıyır.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin prioriteti iqtisadi əməkdaşlıq sahəsidir:

"Son dövrlərdə ölkələr arasında ticarətin artım tempi rekord vurur. 2019-cu ildə bu göstərici 24,44 milyon avro təşkil etmişdi. Azərbaycanın ixracı 9,68 milyon avro təşkil edib və əsasən mineral yanacaq, mineral yağlar, meyvə və fındıqdan ibarət olub. Slovakiyanın Azərbaycana ixracının əsasını avtomobil detalları, logistika konteynerləri, kabellər və izolə olunmayan məftillər təşkil edib. Slovakiyadan Azərbaycana ümumi ixrac 13,25 milyon avroya bərabər olub".

M.Layçak qeyd edib ki, 2020-ci il ərzində iki ölkə arasında ticarətin həcmi digər ölkələrlə olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar azalıb:

"Ötən il ərzində əlimizdə olan statistika göstərir ki, ticarət dövriyyəsi 18,84 milyon avroyadək azalıb. Hazırda biz ikitərəfli ticarətin artmasına kömək edəcək biznes sahələrinin müəyyənləşdirilməsi üzərində işləyirik".

Müvəqqəti işlər vəkili bildirib ki, əvvəllər Slovakiya şirkətləri Azərbaycanda avtomobil yollarının tikintisi, lokomotivlərin təmiri, dəmiryol konteynerlərinin çatdırılması işlərində iştirak ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Slovakiya bir çox digər ölkələr kimi həmin ərazilərdəki layihələrdə iştirak etməkdə maraqlıdır:

"Biz minaların təmizlənməsi işini başlanğıc nöqtə kimi nəzərdən keçiririk. Təhlükəsizlik azad edilmiş ərazilərin gələcək inkişafının təminatıdır. Slovakiya minalardan təmizlənmə prosesində, "ağıllı şəhər"lərin tikintisində, eləcə də infrastruktur layihələrində maraqlıdır".

Ölkələr arasında enerji əməkdaşlığı məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Azərbaycan qaz və neft tədarükü hesabına Avropa İttifaqının enerji təhlükəsizliyində vacib rol oynayır:

"Bu baxımdan Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasındakı bəyanatı ilə tam razılaşmaq olar. O vurğulamışdı ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir və bu gün enerji təhlükəsizliyi məsələsi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir".

Müvəqqəti işlər vəkili əlavə edib ki, Slovakiya xam neft və qazın boru kəmərləri ilə Şərqdən Aİ ölkələrinə nəqli üçün inkişaf etmiş infrastruktura malikdir:

""Şərq-Qərb" və "Şimal-Cənub" boru kəmərləri Slovakiya ərazisindən keçir. Biz hazırda nə Azərbaycanın xam neftini, nə də təbii qazını almasaq da, "Cənub Qaz Dəhlizi" gələcək enerji istehlakı baxımından Slovakiyanın enerji təhlükəsizliyi üçün vacib mənbədir".

Havanın dünənki minimal temperaturu açıqlandı like
  • 22 Fev 11:13  
Digərləri Havanın dünənki minimal temperaturu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edil

arrow Ətraflı
Yerə stadion böyüklükdə asteroid yaxınlaşır like
  • 22 Fev 11:12  
Dünya Yerə stadion böyüklükdə asteroid yaxınlaşır

Yerə stadion böyüklükdə asteroid yaxınlaşır.

arrow Ətraflı
Təbii qaz ucuzlaşıb like
  • 22 Fev 11:06  
Dünya Təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Cəriməsini ödəməyən şəxs bölməyə aparıla bilər? like
  • 22 Fev 11:05  
Digərləri Cəriməsini ödəməyən şəxs bölməyə aparıla bilər?

Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən polis əməkdaş

arrow Ətraflı
Ceyhun Bayramov Türkiyəyə gedir like
  • 22 Fev 11:03  
Siyasət Ceyhun Bayramov Türkiyəyə gedir

Azərbaycan respublikası xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fev

arrow Ətraflı
Türkiyədə daha bir əməliyyat: like
  • 22 Fev 11:01  
Dünya Türkiyədə daha bir əməliyyat:

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

arrow Ətraflı
Metro nə vaxt açılır? like
  • 22 Fev 10:57  
Digərləri Metro nə vaxt açılır?

COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qi

arrow Ətraflı
Paytaxtda ev əşyaları ilə külə döndü like
  • 22 Fev 10:55  
Digərləri Paytaxtda ev əşyaları ilə külə döndü

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

arrow Ətraflı
Özünü 20ci mərtəbədən atan Sevilin ölümündən öncəki son anları  VİDEO like
  • 22 Fev 10:54  
Digərləri Özünü 20ci mərtəbədən atan Sevilin ölümündən öncəki son anları VİDEO

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın özünü binadan ataraq canına qəsd

arrow Ətraflı
"Yüz numaralı adam"ın Zeynəbi indiki halı ilə təccübləndirir  FOTO like
  • 22 Fev 10:50  
Digərləri "Yüz numaralı adam"ın Zeynəbi indiki halı ilə təccübləndirir FOTO

"Yeşilçam"ın unudulmaz filmlərindən olan "Yüz numaralı ada

arrow Ətraflı
Hava şəraiti kəskin dəyişəcək  XƏBƏRDARLIQ  VİDEO like
  • 22 Fev 10:44  
Digərləri Hava şəraiti kəskin dəyişəcək XƏBƏRDARLIQ VİDEO

Hava şəraiti kəskin dəyişəcək, sulu qar, qar yağacaq

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 22 Fev 10:39  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 22 fevral tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Neft yenidən bahalaşıb like
  • 22 Fev 10:33  
Dünya Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Koronavirusla bağlı SON STATİSTİKA like
  • 22 Fev 10:28  
Dünya Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 111 959 588 nəfərdə koronavirus aşkarlanıb.

arrow Ətraflı
"Həlledici savaşa hazırlaşmalıyıq, eyforiyadan ayılaq" like
  • 22 Fev 10:23  
Digərləri "Həlledici savaşa hazırlaşmalıyıq, eyforiyadan ayılaq"

Eyforiyadan ayılıb həlledici savaşa hazırlaşmalıyıq, 5 ilə...

arrow Ətraflı