Rusiya Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı
Siyasət 22 Fev 2021 10:12:00 60 0
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Son.az qazet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.
Məlumatda vurğulanıb ki, rus sülhməramlıları insanların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.
Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 52 700 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb.
Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işləri davam etdirilir. Gün ərzində 13 hektar ərazi, 4 km yol, 15 tikili təmizlənib, 43 partlayıcı aşkar olunaraq məhv edilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Rus sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin altı avtomobil karvanının təhlükəsiz keçidini təmin edib. Onlardan dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, eyni zamanda Şuşa-Qırmızı bazar-Qacar kəndi marşrutu boyunca və biri əks istiqamətdə müşayiət edilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əlaqə saxlanılır.
Ən pis ssenari geridə qaldı. Koronavirus pandemiyası 2022-ci ilin əvvəllə

Filippinin bir neçə əyalətində "Dujuan" qasırğası səbəbində

Müğənni Gülşən bir müddət əvvəl İstanbuldakı evini kirayə verərək

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

Nigeriyada Prezident seçkilərinin ikinci turunun keçirildiyi gün - fevarın

"Yaprak Dökümü" serialında qonşu qızı Sedef roluna həyat verə

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

12 yaşında "Harri Potter" filminə çəkilərək ulduz olan Denyl Re

Çin-ABŞ münasibətlərinin tarixin ən pis səviyyəsinə enməsi ABŞ-ın ke

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların bile

ABŞ sakinləri ola bilsin ki, 2022-ci ildə də tibb maskalarını taxmaq məcb

Yaponiyanın İbaraki prefekturasının hakimiyyəti koronavirusun yayılması s

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 168 yoluxma halı qe

Böyük Britaniya Baş Naziri Boris Conson ölkədə qüvvədə olan məhdudlaş
