Türkiyədə bu gün koronavirusdan 77 nəfər vəfat edib FOTO


Dünya 21 Fev 2021 23:02:00 131 0

Türkiyədə bu gün koronavirusdan 77 nəfər vəfat edib  FOTO

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 77 nəfər vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 6 546 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 002,  ağır xəstələr isə 1 185 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək  2 638 422 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 523 760 nəfər sağalıb, 28 060 nəfər isə həyatını itirib.