Ərdoğan və Ruhani qarşılıqlı əməkdaşlığı müzakirə ediblər


Dünya 21 Fev 2021 22:48:00 137 0

Ərdoğan və Ruhani qarşılıqlı əməkdaşlığı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqədar İdarəsi bildirib.

Danışıq zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair addımlar və regional hadisələr müzakirə olunub.

Söhbət əsnasında Ərdoğan Ankaranın Türkiyə-İran münasibətlərini möhkəmləndirmək niyyətini təsdiqləyib.