Necə edək ki, günaha bulaşmaqdan pak olaq?


Digərləri 21 Fev 2021 21:50:00 117 0

Necə edək ki, günaha bulaşmaqdan pak olaq?

(Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən)

"Əgər sağlam yaşayıb pak qalmaq istəyirsinizsə, gərək bu hədəfə çatmaq üçün səy göstərəsiniz. Günah amillərindən uzaq olasınız. O şey ki, əmmarə nəfsi təhrik edir - onu yolunuzun üstündən götürəsiniz.

Ancaq əgər nalayiq dostlarla yoldaş olmaq istəyirsinizsə, haram toylarda iştirak etmək istəyirsinizsə və nalayiq filmlərə baxmaq istəyirsinizsə - o zaman pak qalmağınız mümkünsüzdür. Məgər mümkündürmü ki, insan ağ paltar geyinib tüstü dolu otağa daxil olsun və oradan heç bir ləkə almadan çıxsın?! Bütün bunlar şeytanın tələləridir.

Bütün bunlar şeytanın rəngarəng tələləridir ki, insanı addım-addım uçurama tərəf aparar. O zaman ki, uçurumun ağzında olar - ən kiçik büdrəmə ilə uçuruma süqut edər.