Daimler AG konserni iki müstəqil şirkətə bölünür


Digərləri 21 Fev 2021 22:01:00 106 0

Daimler AG konserni iki müstəqil şirkətə bölünür

Alman Daimler AG konsernini iri miqyaslı dəyişikliklər gözləyir: konsernin rəhbərliyi onu iki müstəqil şirkətə - "sərnişin" Mercedes-Benz Cars & Vans və "yük" Daimler Trucks & Buses şirkətlərinə bölməyə qərar verib.

Daimler AG konsernin Müşahidə Şurası və İdarə Heyəti, korporativ strukturda əsaslı dəyişiklik ediləcəyini açıqlayıb. Biznesin səmərəliliyinin artırılması çərçivəsində konsernin iki müstəqil şirkətə bölünməsinə və yenidən adlandırılmasına qərar verilib: Mercedes-Benz Cars & Vans şirkəti avtomobillər və mikroavtobuslar, Daimler Trucks & Buses isə yük maşınları və avtobuslar istehsal edəcəkdir. Yenidənqurma ilə bağlı bütün rəsmiyyətlər üçüncü rübdə razılaşdırılmalı və təsdiqlənməlidir. Daimler rəhbərliyi, müstəqil idarəetmənin şirkətlərin daha sürətli qərar qəbul etməsinə, daha da çevik və rəqabətçi istehsalçı olmasına kömək edəcəyinə inanır.

"Bu, Daimler üçün tarixi bir an və dərin bir dönüşümün başlanğıcıdır. Mercedes-Benz Cars & Vans və Daimler Trucks & Buses şirkətləri öz müştəri qrupları, texnoloji yolları və kapital ehtiyacları olan ayrı müəssisələrə çevrilirlər. Bölmələrimizin maliyyə və əməliyyat sabitliyinə əminik", -  konsernin hazırkı rəhbəri Ola Kallenius bildirib. Kallenius ayrıldıqdan sonra "sərnişin" şirkətinə rəhbərlik edəcəkdir. "Yük" şirkətinin rəhbəri konsernin idarə heyətinin üzvü Martin Daum olacaqdır. Daimler Trucks & Buses şirkətinin nəzarət paketi konsernin hazırkı səhmdarları arasında bölüşdürüləcəkdir.