Ermənilər o qədər amansızdırlar ki, hətta abidələrlə qarşı müharbə aparıblar
Siyasət 21 Fev 2021 22:21:00 65 0
Ermənistan 44 günlük müharibənin gedişində də, həmin müharibədən sonra da öz xislətini və kimliyini açıq və aydın şəkildə göstərdi. Göstərdi ki, o vəhşidir, barbardır, təxribatçıdır.
Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, ermənilər o qədər qansız və amansızdırlar ki, mübarizələrini hətta abidələrlə, tikintilərlə də aparıblar:
"Dağıdıblar hər yeri. Viran qoyublar hər şeyi. Hələ bir ara xarici işlər nazirləri Ara Ayvazyan utanmadan deyirdi ki, "Şuşa ermənilərin mədəniyyət mərkəzidir". Təsəvvür edirsinizmi? Məntiqsizliyin, bəsitliyin, sərsəmləmənin həddi görün hansı səviyyədədir. Hərgah, adama sual verən gərək ki, bəs mədəniyyət mərkəzi idisə niyə Şuşanı 30 il boyunca o günə, o hala salmışdınız? Niyə daş üstdə daş qoymamışdınız? Niyə bütün mədəni irsi, mədəni mərkəzləri, tarixi abidələri güllə altına vermişdiniz?
Bu yaramazlar hər şeyi saxtalaşdırıblar. Tarixi, irsi, keçmişi. Hər şeyi! Elə indi də saxtalaşdırmağa davam edirlər. Yenə yalan danışırlar. Yenə riyakarlıq edirlər. Bunlar o qədər vicdansızdırlar ki, minaladıqları sahələrin xəritəsini belə vermirlər ki, qoy qarşı tərəfdən, yəni bizdən daha çox mülki əhali həlak olsun, daha çox itki olsun. Niyə? Çünki mahiyyətləri budur. Çünki, ermənilərin xəmiri təxribatla yoğrulub, təxribat onların canındadır, qanındadır və naqis düşmən əsrlər boyunca, üstəlik müxtəlif mərhələlərdə bu təxribatları həyata keçirib.
İndi də xislətlərinə, xarakterlərinə uyğun olaraq yenidən həmin cəhdləri edirlər. Amma cavablarını da alırlar. Yəni, erməni bundan sonra heç bir zaman törətdiyi təxribatlarla arzuladığı nəticəyə vara bilməyəcək. Səbəb isə sadədir: Birincisi, 44 günlük müharibədə onlar başı üzərində Azərbaycanın dəmir yumruğunu gördü, məhv oldu, kapitulyasiya aktını imzaladı.
İkincisi, Ermənistanın hazırda başı özünə qarışıb. Ölkədə çox ciddi siyasi və iqtisadi gərginlik var. Nə baş nazir nə də hökümət vəziyyəti idarə edəcək imkanda, gücdə deyil. Ağız deyəni qulaq eşitmir, xalqla hakimiyyət arasında bağ, təmas itib.
Hətta xaotik durum o həddə qədər irəliləyib ki, artıq heç bir kadr dəyişikliyi, heç bir populist vəd, heç bir addım Paşinyanın və komandasının köməyinə gəlmir, dadına yetmir. Bundan sonra da yetməyəcək. Və nəhayət, üçüncü məqam: Ermənistan hələ də düz yolu görmür, düz yola gəlmir, düz yolun nə olduğunu fərq etmir. Ona görə daha da geri gedir, günü-gündən daha da rəzil olur, dizini yerə qoyaraq çabalayır, imdad diləyir.
Üstəlik, anlamır ki, bu durumdan qurtulmağın yeganə çarəsi səhvlərdən nəticə çıxarmaq və təxribatlara son verməkdir".
Yer üzünə yaxın orbitdəki kosmik zibilin ən təhlükəli obyektlərinin si

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optik Tədqiqa

Alimlər neyronları bərpa edən, yaddaş və koqnitiv bacarıqları gücləndi

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxı

Erməni vandalizminə məruz qalan yaşayış məntəqələrimizdən biri də Z

Yüksək təzyiq müxtəlif orqan və sistemləri siradan çıxardır, insanın

Alman Daimler AG konsernini iri miqyaslı dəyişikliklər gözləyir: konsernin

İmam Cəfər Sadiqin (ə) dövründə Abbasi hakimlərindən biri Davud adlı b

(Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən)

İmam Sadiq (ə) buyurur: "Yuxu görmək üç dəstədir: Allahın mömin

Orqanizmə dəstək olmağın yaxşı yolu mümkün qədər çox açıq havada v

Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma apar

Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqə

Porsche 911 modelinin modifikasiyaları kifayət qədər çoxdur və onların ar
