Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib


Dünya 21 Fev 2021 22:07:00 133 0

Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.