Alimlər yaddaşı gücləndirən molekul aşkarlayıb


Digərləri 21 Fev 2021 22:10:00 162 0

Alimlər yaddaşı gücləndirən molekul aşkarlayıb

Alimlər neyronları bərpa edən, yaddaş və koqnitiv bacarıqları gücləndirən molekul aşkarlayıblar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İspaniyanın Kadis və Sevilya universitetlərinin əməkdaşlarının bununla bağlı apardıqları araşdırmalar müsbət nəticə verib.

Araşdırmaçılar südləyən cinsindən olan bitkidən diterpen maddəsini əldə edə biliblər. Qeyd olunub ki, bu birləşmə proteinkinaz C (PKC) fermentini aktivləşdirir və emosiyaların formalaşması və yaddaşın möhkəmlənməsi mexanizmində iştirak edən hippokampda yeni neyronların yaradılmasına yol açır. Bunu siçanlar üzərində aparılan təcrübə təsdiqləyib.

Tədqiqatçıların sözlərinə görə, gələcəkdə bu maddə beyin travması alan pasiyentlərin müalicəsində tətbiq edilə bilər.