Gəncədə yaşayış binasında yanğın baş verib FOTO


Digərləri 21 Fev 2021 21:26:00 141 0

Gəncədə yaşayış binasında yanğın baş verib  FOTO

Gəncədə yanğın olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.