Hansı pəhriz beyni gümrah saxlaya bilər?


Digərləri 21 Fev 2021 20:50:00 103 0

Hansı pəhriz beyni gümrah saxlaya bilər?

Yaşıl yarpaqlı tərəvəzlərlə zənginləşdirilmiş Aralıq dənizi pəhrizindən istifadə edən insanlar, yaşlı dövründə koqnnitiv qabiliyyətlərini qoruyub saxlaya biləcək. Tədqiqatçılar demansı olmayan 79 yaşlı 500-dən çox insanın koqnitiv qabiliyyətlərini təhlil edib. İştirakçılar yaddaş, sözləri bilmə, düşünmə sürəti, problem həll etmə testlərindən keçib.

Hansı pəhriz beyni gümrah saxlaya bilər?onlar həmçinin əvvəlki ilin qida rasionu barədə anketləri də doldurub. 350-dən çox insan eyni zamanda beyin müayinəsindən də keçib. Aralıq dənizi pəhrizinə ən ciddi şəkildə riayət edən insanların siqaret çəkmə, fiziki aktivlik və xəstəlik kimi xarici faktorları nəzərə aldıqdan sonra da ən yüksək idrak funksiyasına sahib olduqları ortaya çıxıb. Bununla belə tədqiqat zamanı, pəhriz və beyin sağlamlığının fizioloji əlamətləri arasında heç bir əlaqə tapılmayıb. Müəlliflər beynin digər struktur xüsusiyyətlərinin zehni fəaliyyətlə əlaqəli ola biləcəyini qeyd edir.