Cihazlar istifadəçinin hərəkəti ilə enerji yığa biləcək


Digərləri 21 Fev 2021 20:40:00 112 0

Cihazlar istifadəçinin hərəkəti ilə enerji yığa biləcək

Alimlər yeni hazırlanmış cihazların təməli ola biləcək material yaradıb. Bu cihazlar gəzinti zamanı cibdə olanda belə enerji yığa biləcək. Bütün bu texniki möcüzələr yeni kristalın misilsiz elastikliyi sayəsində mümkündür. Kristal deyəndə sərt maddə xəyala gəlir. Kristallar kövrək və ya bərk ola bilər, lakin kristalın elastik olmasını sıradan bir hall deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzi materiallar deformasiya edildikdə elektrik cərəyanı yaradır və əksinə elektrik sahəsində deformasiya olur. Bu effekt "piezoelektrik" adlanır və radio, elektrik gitaralarındakı səs boğucu kimi və sair cihazlarda istifadə olunur.

Sinqapur və Çin mütəxəssisləri xüsusi material hazırlayıb. Bu material 22%-ə qədər deformasiya edilə bilər, yəni adi piezoelektriklərdən qırxqat daha güclüdür. Üstəlik, istehsalı ucuzdur. Yeni materialın mümkün tətbiqetmələrindən biri, cibində və ya çantada daşıyan istifadəçinin hərəkətlərindən güc alan alətlər ola bilər. Əlbəttə hələki, adapter olmadan tam olaraq bu vasitəilə kifayətlənmək mümkün olmayacaq, lakin telefonu əvvəlki qədər elektrik cərəyanına qoşmaq ehtiyac olmayacaq. Eyni zamanda material, yeni təzyiq sensorlarının əsasını təşkil edə bilər.