Toksinlərdən təmizləyən Sassi suyu


Digərləri 21 Fev 2021 14:52:00 131 0

Toksinlərdən təmizləyən Sassi suyu

Bədəndə toplanan toksinlərdən və artıq çəkidən xilas olmağın bir çox formulu var.

Son.az axşam.az-a istinadən bildirir ki, bu gün sizə amerikalıların sevimli detoks içkisi olan Sassi suyunu təqdim edəcək.

Hazırlanması:

1 ədəd limon və 1 ədəd xiyar nazik şəkildə doğranır. 12 ədəd nanə yarpağı və 1 ç.q xırdalanmış zəncəfillə birlikdə suya salınaraq 1 gecə soyuducuda saxlanılır. Səhər su soyuducudan çıxarılır və otaq temperaturuna gələndən sonra, gün boyu içilir.

Sassi suyu orqanizmə antioksidant təsir göstərir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm sistemini normallaşdırır, artıq çəki ilə mübarizə aparır.