Azərbaycanın ən çox yeni avtomobil idxal etdiyi ölkələrin reytinqi
Digərləri 21 Fev 2021 14:44:00 118 0
2020-ci ildə Azərbaycan xaricdən 542,389 mln. ABŞ dolları dəyərində 49 692 yeni minik avtomobili idxal edib ki, bu da 2019-cu illə müqayisədə 15% çoxdur.
Son.az bildirir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il ölkəyə ən çox minik avtomobili ABŞ-dan gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan ABŞ-dan 98,511 mln. dollar dəyərində 10 774 avtomobil idxal edib, bu da illik ifadədə 40,3% çoxdur.
Qeyd edək ki, ikinci pillədə yerləşən Almaniya Azərbaycana 122,459 mln. dəyərində 9 773 minik avtomobil tədarük edib. 2020-ci il ərzində Almaniyadan ölkəyə avtomobil tədarükü 7,1% azalıb. İlk üçlüyü qapadan Cənubi Koreya isə ötən il Azərbaycana 57,956 mln. dollarlıq 8 192 minik avtomobili ixrac edib. Bu göstərici ötən il 46,9% artıb.
2020-ci ildə Azərbaycanın yeni minik avtomobillərinin idxal etdiyi əsas ölkələr - TOP-10:#
Ölkə
Sayı
Dəyər, mln. $
İllik dinamika
1
ABŞ
10 774
98,511
40,3%
2
Almaniya
9 773
122,459
-7,1%
3
Cənubi Koreya
8 192
57,956
46,9%
4
Yaponiya
7 381
83,859
19,1%
5
Meksika
2 795
22,709
89%
6
Rusiya
2 594
25,313
-28,9%
7
Türkiyə
1 423
14,869
39,8%
8
Çin
1 038
12,324
2,4 dəfə
9
Özbəkistan
905
7,370
38%
10
Çexiya
554
6,749
9,9%