Yuta ştatında Xocalı faciəsinin 29cu ildönümünə həsr olunan sərgi açılıb VİDEO FOTO
Siyasət 21 Fev 2021 12:01:00 69 0
ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ilinə həsr olunan sərgi açılıb.
Bu xəbəri də oxu: "Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir"
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində - Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.
Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı nəzərə çatdırılıb.
Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.
Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.
Britaniyada sevgililər evlərində kabusla bir yerdə yaşadıqlarını düşü

Yəməndə ordu ilə husi qruplaşması arasında silahlı qarşıdurma yaşanı

Hindistanda ötən sutka ərzində koronavirusa 14 264 yoluxma halı qeydə alı

Küveyt ölkə vətəndaşı üçün koronavirus məhdudlaşdırma tədbirləri

Müdafiə Nazirliyi Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogör

Tanzaniya dövlət başçısı Con Maqufuli dəfn mərasimində etdiyi çıxış

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə

"Akıncı" PUA-ları hava hücumunu dəf etmək qabiliyyətinə malikd

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yolu

Ötən il həyat yoldaşı Kelli Prestonu itirən aktyor Con Travolta milyonluq

ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

Braziliya səlahiyyətliləri yeni növ koronavirus infeksiyasına qarşı Rusiy

Almaniyanın Hamburq şəhərində iki ev pişiyində koronavirusa yoluxma qeyd

İspaniyada terrorçuluğu təbliğ etməkdə və taxt-tacı təhqir etməkdə g

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nət
