Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək
Siyasət 21 Fev 2021 11:31:00 66 0
Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Bu xəbəri də oxu: Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım Bakıda jurnalistlərlə söhbətində bildirib.
"İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır", - o deyib.
Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə biləcəyi potensial var.
"Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik", - o deyib.
Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. "Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq", - o deyib.
Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb. "Beynəlxalq əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir", - deyə Yıldırım əlavə edib.
Son.az
"Akıncı" PUA-ları hava hücumunu dəf etmək qabiliyyətinə malikd

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yolu

Ötən il həyat yoldaşı Kelli Prestonu itirən aktyor Con Travolta milyonluq

ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

Braziliya səlahiyyətliləri yeni növ koronavirus infeksiyasına qarşı Rusiy

Almaniyanın Hamburq şəhərində iki ev pişiyində koronavirusa yoluxma qeyd

İspaniyada terrorçuluğu təbliğ etməkdə və taxt-tacı təhqir etməkdə g

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nət

Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yo

"Diriliş: Ertuğrul" serialı ilə ulduzu parıldayan aktrisa Esra Bi

Rusiyada İrina Kalimullina adlı qadın maraqlı addım ataraq bütün ölkəd

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 57 472 nə

ABŞ-ın qərb sahilində 5.1 bal gücündə zəlzələ baş verib

Türk pop musiqisinin sevilən ifaçılarından olan müğənni Serpil Barlas 64
