ABŞda dükanda atışma olub, üç nəfər ölüb


Dünya 21 Fev 2021 10:46:00 203 0

ABŞda dükanda atışma olub, üç nəfər ölüb

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, münaqışə silah dükanında baş verib.

Bildirilir ki, silahlı qarşıdurmanın ehtimal olunan səbəbkarı aldığı yaralardan yerindəcə ölüb.

Yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.