Avropa İttifaqı Azərbaycanla bağlı neytrallığını niyə qoruyur?


Siyasət 20 Fev 2021 21:52:00 43 0

Avropa İttifaqı Azərbaycanla bağlı neytrallığını niyə qoruyur?

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti 7 il üçün əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılacaq. Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn mətbuat konfransında bildirib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, politoloq İlyas Hüseynov deyir ki, müxtlif dövrlərdə bu münasibətlər yüksələn xətlə inkişaf edib:

"Biz Azərbayca-Aİ arasında ticarət dövriyyəsindəki artımlara nəzər salmaqla da bunu görə bilərik. Bu münasibətlərin strateji xarakter daşıdığını deyə bilərik. Çünki Azərbaycanın ixrac etdiyi karbohidrogen ehtiyatlarının əsas alıcısı ittifaq ölkələridir. Azərbaycanın reallaşdırdığı enerji layihələri Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. Avropa ölkələri enerji sahəsindəki əməkdaşlığa həm də starteji tərəfdaşlıq kimi yanaşırlar. Buna görədir ki, enerji təhlükəsizliyi məsələsi onların milli təhlükəsizliyi ilə bərabərləşdirilir. Avropanın enerji asılılığının monopoliyadan çıxarılması üçün ittifaqın donor təşkilatları Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparırlar". Onun sözlərinə görə, Azərbaycan-Aİ münasibətlərində ərazi bütövlüyü məsələsi prioritetliyini hər zaman qoruyub: "Xüsusən də ikinci Qarabağ müharibəsi dövründə Aİ ölkələri, onların bəzilərini çıxmaq şərti ilə ədalətli mövqe nümayiş etdirdilər. Xüsusən burada İttifaqdan çıxmaqla bağlı prosesi sonlandırmaq üzrə olan Böyük Britaniyanın adını çəkmək lazımdır. Bu ölkə BMT Təhlükəzsizlik Şurasında Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdi".

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan Aİ münasibətləri enişli-yoxuşlu olub:

"Zaman-zaman tərəflər arasında yaranmış ciddi problemlər, qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş "Assosiativ saziş" çərçivəsində davam etdirilib. Çərçivə Sazişinin imzalanmasına əngəl olan bir sıra problemlər isə hələ də qalmaqdadır. İqtisadi müstəvidə əlaqələr yüksələn xətlə inkişafdadır. Bərabərsəviyyəli ikitərəfli əlaqələrin qurulmasının nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı ikinci Qarabağ savaşında neytrallığını qorudu. Çünki Aİ-nin Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələri mövcuddur". Ekspert hesab edir ki, bundan sonra əlaqələrin daha sürətlə inkişafı üçün perspektivlər mövcuddur.

"Burada TAP layihəsinin işə düşməsini qeyd etməliyik. Azərbaycan Avropanın enerji təchizatında mühim rol oynayır. Ölkəmiz Avropanın Şərq Tərəfdaşlığı Proqramında vacib yer tutur. Yaxın bir il ərzində tərəflər arasında Çərçivə Sazişinin imzalanacağını güman etməsəm də, Azərbaycan Qarabağda qurucluq işlərini aparmaq üçün həm də Avropaının iqtisadi imkanlarından istifadə edəcək", - deyə o, əlavə edib.

Türkiyəli alim koronavirusla bağlı xəbərdarlıq etd like
  • 20 Fev 21:51  
Dünya Türkiyəli alim koronavirusla bağlı xəbərdarlıq etd

Türkiyənin Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Tevfik Ö

arrow Ətraflı
Qanda şəkəri salan çay like
  • 20 Fev 21:50  
Digərləri Qanda şəkəri salan çay

Şəkərli diabet xəstələri hər gün bir stəkan bu çaydan içsələr, xəs

arrow Ətraflı
ABŞ razılaşmaya sadiq qalacaqmı – like
  • 20 Fev 21:49  
Dünya ABŞ razılaşmaya sadiq qalacaqmı –

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında tələsməyəcək.

arrow Ətraflı
Nissan fabrikini bağladı like
  • 20 Fev 21:47  
Dünya Nissan fabrikini bağladı

Yaponiyanın məşhur avtomobil firması olan Nissan Fukuşimada baş verən zə

arrow Ətraflı
Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb like
  • 20 Fev 21:46  
Dünya Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb

Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani "3+3

arrow Ətraflı
Mədə və onikibarmaq yarası like
  • 20 Fev 21:45  
Digərləri Mədə və onikibarmaq yarası

Mədə və onikibarmaq yarası mədə və onikibarmağın selikli qişasında de

arrow Ətraflı
Bağırsağı zəhərləyən 3 qida like
  • 20 Fev 21:40  
Digərləri Bağırsağı zəhərləyən 3 qida

Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidan

arrow Ətraflı
Hamilə qadınlar bunları qətiyyən etməsinlər! like
  • 20 Fev 21:35  
Digərləri Hamilə qadınlar bunları qətiyyən etməsinlər!

Ana olmağa hazırlaşan xanımları düşündürən məqamlardan biri hamiləli

arrow Ətraflı
BFGoodrich "ofroud" şüşəsilənlərini hazırlayıb like
  • 20 Fev 21:30  
Digərləri BFGoodrich "ofroud" şüşəsilənlərini hazırlayıb

Amerikan təkər istehsalçısı olan BFGoodrich şirkəti, daha möhkəm konstr

arrow Ətraflı
Türkiyədə koronavirusdan daha 80 nəfər öldü like
  • 20 Fev 21:28  
Dünya Türkiyədə koronavirusdan daha 80 nəfər öldü

Türkiyədə son sutka ərzində koronavirusa 7857 nəfər yoluxub.

arrow Ətraflı
Damarları təmizləyən 5 QİDA. Tanınmış həkimin like
  • 20 Fev 21:25  
Digərləri Damarları təmizləyən 5 QİDA. Tanınmış həkimin

Xolesterinin yüksək səviyyədə olması damarların sağalmlığına ciddi zi

arrow Ətraflı
Ayaqlarda damarları görünməz etmək üçün like
  • 20 Fev 21:20  
Digərləri Ayaqlarda damarları görünməz etmək üçün

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliy

arrow Ətraflı
Fuad Axundov: “Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir” like
  • 20 Fev 21:17  
Siyasət Fuad Axundov: “Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir”

Bu gün Ermənistan açıq səma altında vandalizm "muzeyi"dir.

arrow Ətraflı
WhatsApp yeni qaydaları qəbul etməyənləri like
  • 20 Fev 21:16  
Digərləri WhatsApp yeni qaydaları qəbul etməyənləri

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etm

arrow Ətraflı
Uşaqları parazitlərdən necə qorumaq olar? like
  • 20 Fev 21:15  
Digərləri Uşaqları parazitlərdən necə qorumaq olar?

Uşaqları parazitlərdən necə qoruya bilərik?

arrow Ətraflı