Rusiyada 7 nəfərdə yeni növ quş qripi aşkarlandı


Dünya 20 Fev 2021 22:12:00 128 0

Rusiyada 7 nəfərdə yeni növ quş qripi aşkarlandı

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Federal İstehlakçıları Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiya quşçuluq fabriklərindən birinin yeddi əməkdaşında yeni növ A(H5H8) quş qripi aşkarlanıb. Bu, quş qripinin yeni A(H5H8) növünün ilk dəfə quşlardan insana keçməsi faktıdır. Həmin fabrikdə ötən ilin dekabrında quşların kütləvi şəkildə xəstəliyə yoluxması qeydə alınmışdı.

A.Popova deyib ki, görülən tədbirlər nəticəsində qripin daha geniş yayılmasının qarşısı alınıb və həmin xəstələr hazırda özlərini yaxşı hiss edirlər. Quş qripinin insandan insana keçməsi halı hələlik qeydə alınmayıb.

Xidmətin rəhbəri bildirib ki, Rusiya alimləri quş qripinin yeni A(H5H8) növünün dəyişikliyə uğrayaraq, ilk dəfə quşdan insana keçməsi barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatına göndəriblər.