Köp nə zaman təhlükəli xəstəliyə işarə edir?


Digərləri 20 Fev 2021 22:25:00 159 0

Köp nə zaman təhlükəli xəstəliyə işarə edir?

Adətən köpün səbəbi qida olur. İnsan çoxlu miqdarda meyvə, tərəvəz, paxlalılar, şirniyyatlar yeyəndə köp yaranır.

Həmçinin stress, seliakiya, qıcıqlanmış bağırsaq sindromu da köpə səbəb ola bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, lakin bəzən köp həzm və cinsiyyət sistemində (bu əsasən qadınlara aiddir) xərçəngin inkişafına işarə edə bilər. Bildiyimiz kimi, xərçəng uzun müddət ərzində özünü büruzə vermir. Bu səbəbdən orqanizmdə baş verən proseslərə ciddi yanaşmaq, istənilən dəyişiklik hiss etdikdə həkimə müraciət etmək lazımdır.

Əgər insan tez-tez təkrarlanan köpdən əlavə özündə aşağıdakı simptomları hiss edirsə, vaxt itirmədən həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir.

1. Səbəbsiz arıqlama.

2. İshal və ya qəbizlik, tezləşmiş nəciz ifrazı, qəbizliklə ishalın növbələşməsi, nəcisin rənginin dəyişilməsi, nəcisdə qan.

3. Keçməyən və heç nə ilə izah olunmayan yorğunluq.

4. İştahanın azalması, qidanın az miqdarda qəbulundan sonra ağırlıq və toxluq hissi.

5. Köplə yanaşı qarın nahiyəsində ağrılar.