Azərbaycan XİN Ermənistan XİNin bəyanatına cavab verib
Siyasət 20 Fev 2021 22:34:00 69 0
AR XİN Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair açıqlama yayıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib FOTO
Xarici İşlər Nazirliyindən Son.az-a bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.
Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.
Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.
Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.
Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil.
Audi markasının rəhbəri Markus Dyusmann növbəti nəsil A4 və A6 modellər

Adətən köpün səbəbi qida olur. İnsan çoxlu miqdarda meyvə, tərəvəz,

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10

"Yalnız sağlam qida qəbul etmək insan orqanizminə zərər verə bilər

"Fiziki aktivlik və idmanla koronavirusa qarşı necə mübarizə aparmaq

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib.

Ukraynanın paytaxtı Kiyevdə ötən gün Azərbaycan vətəndaşının törət

Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərb

OECD (Organisation for Economic Co-operation and Development) beynəlxalq təşk

Ford şirkəti,Çin bazarında satılacaq yeddi yerlik Equator modelini təqdim

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti 7 il üçün əməkd

Türkiyənin Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Tevfik Ö
