Xaricdə məktəb müəllimləri nə qədər maaş alır?


Digərləri 20 Fev 2021 22:05:00 109 0

Xaricdə məktəb müəllimləri nə qədər maaş alır?

OECD (Organisation for Economic Co-operation and Development) beynəlxalq təşkilatı hər il müxtəlif sahələrə aid olan statistik nəticələri dərc edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, yaxınlarda təşkilat müxtəlif ölkələrdə məktəb müəllimlərinin maaşı haqqında statistik məlumatları (Education at a Glance 2020) təqdim edib.

Ən böyük maaşı Lyuksemburq müəllimləri alır. Pedaqoji fəaliyyətə təzə başlayan müəllim ildə 80 min dollar, 15 il və daha çox təcrübəsi olan müəllim 110 min dollar alır.

Misal üçün, Almaniya və İsveçrədə müəllimlərin start maaşı ildə 50 min dollar təşkil edir, daha təcrübəli, stajı çox olan müəllimlər ildə 100 min dollara qədər maaş alırlar.

Statisik nəticələrə əsasən, əksər Avropa ölkələrində müəllimlər ildə ən azı 40 min dollar maaş alırlar. Ən aşağı maaş Slovakiyadadır. Burada müəllimlərin start maaşı 38 min dollar təşkil edir.