Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır


Siyasət 20 Fev 2021 22:08:00 72 0

Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır

Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb. Virtualaz.org xəbər verir ki, əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, "hava-yer" tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir.

Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, "Roketsan" tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.

Son.az virtualaz.org-a istinadən bildirir ki, SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi.

230 kiloqramlıq döyüş başlığına malik SOM raketinin cəmi ağırlığı 600 kiloqramdır. Raketin uzunluğu 4 metrdir. Raketin SOM-A və SOM-B1 versiyaları mövcuddur, daha bir neçə versiyasının hazırlanması üzərində iş gedir.

Raketin İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilib. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv edib. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edildi.

2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib. SOM B2 modeli düşmənin sığınacaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir.

Xaricdə məktəb müəllimləri nə qədər maaş alır? like
  • 20 Fev 22:05  
Digərləri Xaricdə məktəb müəllimləri nə qədər maaş alır?

OECD (Organisation for Economic Co-operation and Development) beynəlxalq təşk

arrow Ətraflı
Ford Explorer modelindən ucuz olan Equator krossoveini təqdim edib  FOTO like
  • 20 Fev 22:01  
Digərləri Ford Explorer modelindən ucuz olan Equator krossoveini təqdim edib FOTO

Ford şirkəti,Çin bazarında satılacaq yeddi yerlik Equator modelini təqdim

arrow Ətraflı
Avropa İttifaqı Azərbaycanla bağlı neytrallığını niyə qoruyur? like
  • 20 Fev 21:52  
Siyasət Avropa İttifaqı Azərbaycanla bağlı neytrallığını niyə qoruyur?

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti 7 il üçün əməkd

arrow Ətraflı
Türkiyəli alim koronavirusla bağlı xəbərdarlıq etd like
  • 20 Fev 21:51  
Dünya Türkiyəli alim koronavirusla bağlı xəbərdarlıq etd

Türkiyənin Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Tevfik Ö

arrow Ətraflı
Qanda şəkəri salan çay like
  • 20 Fev 21:50  
Digərləri Qanda şəkəri salan çay

Şəkərli diabet xəstələri hər gün bir stəkan bu çaydan içsələr, xəs

arrow Ətraflı
ABŞ razılaşmaya sadiq qalacaqmı – like
  • 20 Fev 21:49  
Dünya ABŞ razılaşmaya sadiq qalacaqmı –

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında tələsməyəcək.

arrow Ətraflı
Nissan fabrikini bağladı like
  • 20 Fev 21:47  
Dünya Nissan fabrikini bağladı

Yaponiyanın məşhur avtomobil firması olan Nissan Fukuşimada baş verən zə

arrow Ətraflı
Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb like
  • 20 Fev 21:46  
Dünya Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb

Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani "3+3

arrow Ətraflı
Mədə və onikibarmaq yarası like
  • 20 Fev 21:45  
Digərləri Mədə və onikibarmaq yarası

Mədə və onikibarmaq yarası mədə və onikibarmağın selikli qişasında de

arrow Ətraflı
Bağırsağı zəhərləyən 3 qida like
  • 20 Fev 21:40  
Digərləri Bağırsağı zəhərləyən 3 qida

Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidan

arrow Ətraflı
Hamilə qadınlar bunları qətiyyən etməsinlər! like
  • 20 Fev 21:35  
Digərləri Hamilə qadınlar bunları qətiyyən etməsinlər!

Ana olmağa hazırlaşan xanımları düşündürən məqamlardan biri hamiləli

arrow Ətraflı
BFGoodrich "ofroud" şüşəsilənlərini hazırlayıb like
  • 20 Fev 21:30  
Digərləri BFGoodrich "ofroud" şüşəsilənlərini hazırlayıb

Amerikan təkər istehsalçısı olan BFGoodrich şirkəti, daha möhkəm konstr

arrow Ətraflı
Türkiyədə koronavirusdan daha 80 nəfər öldü like
  • 20 Fev 21:28  
Dünya Türkiyədə koronavirusdan daha 80 nəfər öldü

Türkiyədə son sutka ərzində koronavirusa 7857 nəfər yoluxub.

arrow Ətraflı
Damarları təmizləyən 5 QİDA. Tanınmış həkimin like
  • 20 Fev 21:25  
Digərləri Damarları təmizləyən 5 QİDA. Tanınmış həkimin

Xolesterinin yüksək səviyyədə olması damarların sağalmlığına ciddi zi

arrow Ətraflı
Ayaqlarda damarları görünməz etmək üçün like
  • 20 Fev 21:20  
Digərləri Ayaqlarda damarları görünməz etmək üçün

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliy

arrow Ətraflı