Tesla Model S və Model X arxa ötürməni sərbəst şəkildə qoşa bilirlər FOTO


Digərləri 20 Fev 2021 21:01:00 104 0

Tesla Model S və Model X arxa ötürməni sərbəst şəkildə qoşa bilirlər  FOTO

Keçən həftə Tesla şirkəti yenilənmiş Model S və Model X elektrokarlarını təqdim edib. Modellərin eksteryeri demək olar ki dəyişməyib, lakin elektrokarlar yenilənmiş interyerə və güclü elektrik qurğularına sahib olublar. Elektromobillərin qeyri-adi bir funksiyaya malik olduğu da ortaya çıxıb: artıq hər iki elektrokar sərbəst şəkildə arxa ötürməni qoşa bilərlər.

Son.az autograph.az-a istinadən bildirir ki, yenilənmiş Model S və Model X modellərinin salonunda ən diqqət çəkən yenilik ənənəvi sükan çarxını əvəz edən şturvaldır. Markanın pərəstişkarları belə şturvalı olan elektromobillərin bazara buraxılmayacağından narahat olduqlarını dilə gətiriblər. Eyni zamanda, onlar salonda tanış idarəetmə elementlərinin olmacdığına diqqət yetiriblər.

Arxaya hərəkətin necə həyata keçiriiləcəyi soruşulduqda, Tesla şirkətinin rəhbəri İlon Mask Twitter sosial şəbəkəsində belə cavab verib. O, yeniləmiş avtomobillərin hərəkət istiqamətini təxmin etməyi və rejimlər arasında avtomatik olaraq keçid etməyi öyrəndiklərini söyləyib. Bunun üçün naviqatorun məlumatlarından və maneələri "görən" hərtərəfli kameralardan istifadə edilir.

Bununla birlikdə, elektromobillərdə əl ilə ötürmə imkanı qalıb: zəif GPS siqnalı və ya işıqlandırma olduğu təqdirdə, sürücü multimedia sisteminin sensorlu ekranından istifadə edərək ötürməni müstəqil şəkildə dəyişdirə biləcəkdir.

Şturval kimi bu yenilik Tesla üçün problemə çevrilə bilər. Artıq Motor Trend nəşri, transmissiyanın selektoru olmayan avtomobilin ümumi istifadə yollarına çıxmasının mümkün olub-olmadığı ilə bağlı Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) müraciət edib, lakin hələ bir cavab almayıb.