Toyota yenilənmiş Camry modeli üçün tüninq dəstləri hazırlayıb FOTO


Digərləri 20 Fev 2021 19:30:00 132 0

Toyota yenilənmiş Camry modeli üçün tüninq dəstləri hazırlayıb  FOTO

Toyota şirkəti Yaponiyada satılan Camry modelini yeniləməklə bərabər,yenilənmiş sedan üçün Customizing & Development şöbəsi tərəfindən hazırlanmış zavod tuninq dəstlərini təqdim edib. Yaponiyalı müştərilər Modellista və GR Sport bölməsi təklif etdiyi iki variantdan birini seçə bilərlər.

Modellista bölməsinin təklif etdiyi dəstin tərkibinə bamperlər və yan ətəklər üçün örtmələr, eləcə də eksteryerin xrom elementləri (əlavə ödənişlə) daxildir. Dəstin qiyməti 10,5 - 404,8 min yen arasında dəyişir.

GR Sport variantı aqressiv dizayna malik olan bamperlərii, diffuzoru və bagaj qapağında spoyleri ilə seçilir. Əlavə ödəniş ilə, tutqun qara rəngli damı da sifariş etmək olar. Dəstin qiyməti 3,3 - 440 min yen arasındadır.