Türkiyə "S400"ləri Azərbaycanda yerləşdirə bilər


Siyasət 20 Fev 2021 19:36:00 44 0

Türkiyə "S400"ləri Azərbaycanda yerləşdirə bilər

Türkiyənin Cənubi Qafqazda hərbi baza yaratması yaxın gələcəkdə ABŞ-ın da geopolitik maraqlarına cavab verə bilər; Belə bir hərbi baza müəyyən mənada, ABŞ-ın patronajlığı altında olan NATO-nun da regionda hərbi iştirakını təmin etmiş olardı... ABŞ-Türkiyə münasibətləri ən böhranlı dövrünü yaşayır. Bu iki müttəfiq dövlətin arasındakı gərginlik nəzarətdən çıxa biləcək həddə çatmaq üzrədir. Və bundan sonra hər iki tərəfin qarşılıqlı güzəştlərə nə qədər hazır olmasından çox şey asılıdır.

Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başladığı ilk günlərdə ABŞ-ın yeni dövlət katibi Entoni Blinken Türkiyəni "çətin müttəfiq" hesab etdiklərini vurğulamışdı. Və münasibətlərdəki problemlərin həlli üçün çalışacaqlarını bildirmişdi.

Son.az musavat.com-a istinadən bildirir ki, ancaq ötən müddət ərzində ABŞ-Türkiyə münasibətləri "çətin müttəfiq" dəyərləndirməsindən o qədər də uzaqlaşmadı. Problemlərin həllinə çalışacağını vəd edən Ağ Evin davranışları buna imkan vermədi. Çünki, Ağ Evdə problemlərin həllinə adətən, ABŞ-ın maraqlarına və tələblərinə uyulması "pəncərə"sindən baxılır. Bu vərdiş isə bəzi hallarda, əks nəticələr ilə diqqəti çəkir.

Ağ Evin Türkiyə ilə qarşıdurmasında da bu vərdiş ön planda yer aldı. ABŞ öz müttəfiqi Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən PKK terror təşkilatına fərqli münasibət sərgilədi. Nəticədə rəsmi Ankaranın sərt reaksiyası ilə qarşılaşdı. Və Türkiyə ilə ənənəvi şərtlər altında davranmağın mümkün olmayacağını dəqiqləşdirmiş oldu.

Təbii ki, Ağ Ev rəsmi Ankaranın sərt reaksiyası qarşısında geri çəkilmək məcburiyyətində qaldı və hətta dolayısı ilə də olsa, üzr istəməli oldu. Nəticədə ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə keçdi. Çünki, Ağ Evin üzr istəməsi o qədər də ənənəvi hadisə deyil. Əgər, bu, baş veribsə, deməli, ABŞ-ın Türkiyə siyasətində mütləq yeni meyllər müşahidə ediləcək.

Onu da qeyd edək ki, ABŞ-ın fərqli siyasi yanaşma tərzinin ilkin əlamətləri də artıq nəzərə çarpmağa başlayıb. Belə ki, Ağ Ev Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə bağlı problemin həllinə can atır. Çünki hazırda iki müttəfiq dövlət arasındakı əsas ziddiyyətlər məhz bu problemdən qaynaqlanır.

Əslində, iki NATO ölkəsi arasında qarşıdurmanın uzun müddət davam etməsi də mümkün deyil. Ziddiyyətlərinin əvvəl-axır nizamlanması lazımdır. Əks halda, onlardan birinin, indiki haldasa, Türkiyənin NATO-dan uzaqlaşması qaçılmaz ola bilər.

Şübhəsiz ki, Ağ Evdə bu variant hələlik ən arzuolunmaz ehtimal kimi dəyərləndirilir. Bu, ABŞ-dan gələn yeni mesajların məzmunundan da açıq-aşkar hiss olunur. Ağ Ev rəsmi Ankaraya "S-400" problemi həll edilərsə, ABŞ-Türkiyə münasibətlərinin normallaşması qarşısında elə bir ciddi əngəlin qalmayacağını vəd edir.

Məsələ ondadır ki, Ağ Ev "S-400"-lərin NATO hərbi sisteminə uyğun olmadığında israrlı davranır. Ancaq alternativ variant da təklif edir. Türkiyəyə "Patriot" raketlərinin satışının gündəmə gələ biləcəyinə eyham vurur. Üstəlik, "F-35" döyüş təyyarələrinin satışına qoyulan embaronun qaldırıla biləcəyini də vurğulayır. Yəni, Ağ Ev Türkiyəyə Rusiya "S-400"-lərinin əvəzinə həm "Patriot", həm də "F-35" vəd edir.

Əslində, ilk baxışdan, kifayət qədər cəlbedici təklif təsiri bağışlayır. Ancaq rəsmi Ankara "S-400" məsələsində heç bir güzəştə getməyəcəyini artıq dəfələrlə bəyanlayıb. Eyni zamanda, rəsmi Ankara Ağ Evin öz vədlərinə sadiq qalmaq vərdişlərinin yüksək olmadığını da nəzərə almaq məcburiyyətindədir. Hər halda, elə "Patriot" və "F-35" məsələsində Türkiyə bu reallıqla artıq üzləşib.

Ona görə də, indi Türkiyədə ABŞ-ın öz vədlərinə əməl edib-etməyəcıyini növbəti dəfə sınaqdan çıxarılmasına bir qədər tərəddüdlə yanaşırlar. Bununla belə, ABŞ-la davamlı qarşıdurma da sərfəli münasibətlər sistemi sayıla bilməz. Və bu baxımdan, rəsmi Ankaranın bəzi təminatlar veriləcəyi təqdirdə, riskə gedə biləcəyi də istisna deyil.

Türkiyə mətbuatında yer alan iddialara görə, hazırda Ankarada "S-400"-lər ilə bağlı əsasən iki variant üzərində müzakirələr aparılır. Belə ki, ilk variantın "S-400"-lərin tam döyüş hazırlığı vəziyyətində bir il müddətinə anqarlara çəkilməsi ehtimalı olduğu bildirilir. Bu müddət ərzində Ağ Ev vədlərinə əməl etməzsə, "S-400"-lər yenidən strateji döyüş mövqelərinə qaytarıla bilər.

Ancaq ölkənin müdafiə maraqları baxımından, böyük önəm daşıyan ən müasir raket sistemlərinin anqarlarda saxlanmasına müsbət yanaşmayan hərbi mütəxəssislərin olduğu da bildirilir. Onların fikrincə, belə önəmli və müasir silahların  anqarlarda saxlanılması hərbi maraqlar baxımından yolverilməzdir. Və belə silahlardan hansısa formada mütləq faydalanmaq lazımdır.

Ona görə də, ikinci variant da gözdən keçirilməkdədir. Belə ki, hesab olunur ki, bu raketlərdən istifadə edilməyəcəksə, başqa bir ölkəyə satılması və ya Türkiyə üçün önəmli bir regionda yerləşdirilməsi daha məqsədəuyğundur.

Maraqlıdır ki, bu variant üçün hazırda Azərbaycan ən uyğun ölkə hesab olunur. Belə ki, Türkiyə və Azərbaycan artıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf etdirə biliblər. Ona görə də, "S-400"-lərin Azərbaycana satılması mümkündür.

Ancaq belə bir satışın baş tutması qarşısında Rusiya faktoru əsas əngəl rolunu oynaya bilər. Çünki Kremlin bu silahların üçüncü ölkəyə satışına razılaşması da vacibdir.

Əgər, bu, mümkün olmazsa, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması ideyası gündəmə gələ bilər. Bu halda, "S400"-lərin həmin hərbi bazada yerləşdirilməsi mümkündür. Hər halda, bu silah artıq Türkiyəyə məxsus olduğundan ondan necə və hansı regionda istifadə etmək də rəsmi Ankaranın qərarına bağlıdır.

Düzdür, Cənubi Qafqazda Rusiyanın da sözü keçdiyindən Kreml hər halda, bəzi özəl maraqlar çərçivəsində buna qarşı çıxa bilər. Amma Kremlə Rusiyanın hərbi-siyasi maraqlarına xələl gəlməyəcəyi barədə müəyyən təminatlar verməklə, nəticə əldə etmək mümkündür.

Xüsusilə də, bəzi Qərb dövlətlərinin son vaxtlar Ermənistana müasir PUA-ların istehsalında yardım göstərilməsi üçün hərəkətə keçməsindən əsas arqument kimi yararlanmaq ehtimalı da olmamış deyil. Hər halda, Türkiyənin də öz strateji müttəfiqi olan Azərbaycana milli təhlükəsizlik maraqlarının təmin olunması sahəsində dəstək vermək hüququ var.

Göründüyü kimi, yaxın gələcəkdə Cənubi Qafqazda geopolitik situasiyanın istiqamətlərinə birbaşa təsir göstərə biləcək hərbi-siyasi faktorların ön plana çıxma ehtimalı da mövcuddur. ABŞ-Rusiya qarşıdurmasını da nəzərə aldıqda, bu, tamamilə inandırıcı görünür.

Belə ki, bəzi ehtimallara görə, Türkiyənin Azərbaycanda hərbi baza quraraq, "S-400"-ləri orada yerləşdirməsinə Ağ Ev etiraz etməz, hətta bundan məmnun da qalar. Çünki, NATO üzrə müttəfiqinin - Türkiyənin Cənubi Qafqazda hərbi baza yaratması yaxın gələcəkdə ABŞ-ın da geopolitik maraqlarına cavab verə bilər. Hər halda, Türkiyənin regionda hərbi baza yaratması müəyyən mənada, ABŞ-ın patronajlığı altında olan NATO-nun da regionda hərbi iştirakını təmin etmiş olardı.

Bütün bunları nəzərə aldıqda, Azərbaycanın ABŞ-Türkiyə münasibətlərinin normallaşmasında iştirak etmək ehtimalının olduğunu düşünmək mümkündür. Ona görə də, bu iki nəhəng dövlət arasında olan ziddiyyətlərin hansı istiqamətlərə yönələ biləcəyi istər-istəməz maraq doğurur.

Böyrək xəstəliklərinin like
  • 20 Fev 19:35  
Digərləri Böyrək xəstəliklərinin

Bir çox hallarda böyrək xəstəlikləri özünü büruzə vermir və ya böyr

arrow Ətraflı
Azərbaycanda indiyədək 2 543 880 koronavirus testi aparılıb like
  • 20 Fev 19:32  
Digərləri Azərbaycanda indiyədək 2 543 880 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi il

arrow Ətraflı
Azərbaycanda ümumilikdə 232 973 nəfər COVID19a yoluxub, 3 195 nəfər vəfat edib like
  • 20 Fev 19:31  
Digərləri Azərbaycanda ümumilikdə 232 973 nəfər COVID19a yoluxub, 3 195 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 232 973 nəfər koronavirus infeksiyasın

arrow Ətraflı
Toyota yenilənmiş Camry modeli üçün tüninq dəstləri hazırlayıb  FOTO like
  • 20 Fev 19:30  
Digərləri Toyota yenilənmiş Camry modeli üçün tüninq dəstləri hazırlayıb FOTO

Toyota şirkəti Yaponiyada satılan Camry modelini yeniləməklə bərabər,yen

arrow Ətraflı
“Paşinyanı öldürün, çevrilişə hazır olun!” like
  • 20 Fev 19:28  
Siyasət “Paşinyanı öldürün, çevrilişə hazır olun!”

"Müharibənr uduzduq. Ölkəmiz dərin böhranda, fəlakətdə, faciədəd

arrow Ətraflı
Kistik Fibroz  Mukovisidoz like
  • 20 Fev 19:25  
Digərləri Kistik Fibroz Mukovisidoz

Kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəs

arrow Ətraflı
Azərbaycanda son sutkada  yoluxanların statistikası  FOTO like
  • 20 Fev 19:23  
Digərləri Azərbaycanda son sutkada yoluxanların statistikası FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yolu

arrow Ətraflı
Ağciyərdə yaranan hormon virusun qarşısını alır like
  • 20 Fev 19:20  
Digərləri Ağciyərdə yaranan hormon virusun qarşısını alır

"Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı m

arrow Ətraflı
Mutasiyaya uğramış virus daha yüngül keçir? like
  • 20 Fev 19:15  
Digərləri Mutasiyaya uğramış virus daha yüngül keçir?

"Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun s

arrow Ətraflı
Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır? like
  • 20 Fev 19:10  
Digərləri Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstəl

arrow Ətraflı
Dişlərimizə qulluq zamanı etdiyimiz like
  • 20 Fev 19:05  
Digərləri Dişlərimizə qulluq zamanı etdiyimiz

Bəzi insanlar dişlərini gündə 2 dəfə fırçalasalar, dişlərinə yaxşı

arrow Ətraflı
Ford yeni nəsil "bərkgedən" F150 Raptor modelini təqdim edib  FOTO like
  • 20 Fev 19:01  
Digərləri Ford yeni nəsil "bərkgedən" F150 Raptor modelini təqdim edib FOTO

Ekstremal Ford F-150 Raptor pikapı 2009-cu ildə debüt edib və hitə çevrili

arrow Ətraflı
"Biz səhnədən gedirik, tükəndik" like
  • 20 Fev 18:59  
Şou-biznes "Biz səhnədən gedirik, tükəndik"

Müğənni Sevil və Sevinc Səfərova bacıları səhnədən gedir.

arrow Ətraflı
Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu like
  • 20 Fev 18:58  
Dünya Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəf

arrow Ətraflı
"İnsanların eybini açmayın" like
  • 20 Fev 18:53  
Şou-biznes "İnsanların eybini açmayın"

Həyatda hər şey insanın öz əlindədir əslində. Yaradılışı, qisməti,

arrow Ətraflı