“Paşinyanı öldürün, çevrilişə hazır olun!”


Siyasət 20 Fev 2021 19:28:00 51 0

“Paşinyanı öldürün, çevrilişə hazır olun!”

"Müharibənr uduzduq. Ölkəmiz dərin böhranda, fəlakətdə, faciədədir. Qumarxanaların sayı artır, əhalinin sayı azalır, ölüm hallar və intiharlar artır. Hər şey pisdir, çox pisdir".

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan "Vətənin Xilası Hərəkatı"nın mitinqində belə deyib.

Daha sonra o, Ermənistanda intihar etmək istəyənlərə müraciət edib: "Özünüzü niyə öldürürsünüz? İndi hakimiyyətdə olanları öldürün".

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən ermənilər İrəvanın mərkəzindəki Azadlıq meydanına axışıblar.

Onlar sabiq baş nazir Vazgen Manukyanın rəhbərlik etdiyi "Vətənin Xilası Hərəkatı"nın aksiyasına qoşulmuşdular.

V.Manukyan bəyan etmişdi ki, Azadlıq meydanı ölkə müxalifətinin qərargahına çevriləcək və problemləri müzakirə etmək istəyən vətəndaşlar buraya toplaşacaqlar.

Daha sonra o, "konseptual çıxış" edərək müxalifətin mübarizə proqramını açıqlayıb: "Planlarımız çoxşaxəlidir.

A planı: hansı və nə cür mitinq keçirsək də, Paşinyan gedən deyil. Buna görə onun dayaqlarını məhv etmək gərəkdir.

Paşinyanın əsas dayağı nə baş verdiyini dərk etməyən xalqdır. Xalqa baş verənlərin mahiyyətini anlatmalıyıq.

İkinci dayaq - Paşinyanın əmrlərini yerinə yetirən güc strukturlarıdır. Güc strukturlarına geriyə addım atmaq üçün imkan yaratmalıyıq. Onlar mütləq bizə qoşulacaqlar.

Üçüncü dayaq - Paşinyanın deputatlarıdır. Onlarla sərt, amma anladaraq işləmək gərəkdir.

Etiraz, itaətsizlik aksiyaları, marşlar keçirməli, ölkədə həyatı iflic etməliyik.

B planı isə üsyan yolu ilə hakimiyyəti ələ almağa hazır olmalıyıq.

A planı yolu ilə gedəcəyik, amma B planına həmişə hazır olacağıq. Xalq, hazır ol", - V.Manukyan söyləyib.

Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun funksioneri İşxan Saqatelyan isə bəyan edib ki, Paşinyan istefa verənədək etiraz aksiyaları fasiləsiz keçiriləcək.

"Bu gün hərəkatımızın yeni mərhələsini bəyan edirəm. Mövcud hakimiyyətin istefası və devrilməsi ilə bağlı ümumxalq tələbi ümumxalq mübarizəyə dönəcək", - İ.Saqatelyan söyləyib.

O, İrəvanın "iflic ediləcəyini" də söyləyib: "Nə qədər ki, ölkəmizdə Nikol Paşinyan var, stabillik və sakitlik olmayacaq".

Bugünkü aksiya Ermənistan müxalifətinin müxtəlif siyasi qüvvələrinin rəhbərləri və funksionerləri toplaşmışdı. Aksiyanın liderləri isə Vazgen Manukyan, Qagik Sarukyan, Artur Vanetsyan və İşxan Saqatelyan idilər.

Aksiyanı müşayiət edən polis əməkdaşları sonda həbslərə başlayıblar. Bunu görən müxalifətçilər müxtəlif müçələrə dağılıblar və İrəvanın mərkəzində nəqliyyatın hərəkətinə mane olaraq böyük tıxaclar yaradıblar.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə etiraz aksiyasının iştirakçıları arasında şəhərin mərkəzində, Opera Teatrının binasının yanında dava düşüb. Aksiya iştirakçıları mərkəzdəki Mesrop Maştos prospektini bağlamağa çalışırdılar.

Aksiya bitəndə isə V.Manukyan ermənilərə gələn dəfə yürüşü bir istiqamətdə yox, eyni vaxtda 4 istiqamətdə keçirməyi təklif edib.

Bununla da aksiya bitib.

500 nəfərin qatıldığı aksiyada yeganə "innovasiya" 74 yaşlı Vazgen Manukyanın aksiyanın sonunda yox, əvvəlində çıxış etməsi idi.

Yeni heç nə yoxdu: əvvəlki, dəyişməyən şüarçılıq, klişe çağırışlar, hədələr, idiotik bəyanatlar.

"Paşinyana qarşı mübarizədə yeni, həlledici mərhələ" kimi anons edilən mitinqə ən azı 100 min vətəndaşın qatılacağı deyilirdi.

Olmadı - qatılanların sayı 500 nəfərdən çox deyildi.

Ermənistan müxalifətinin aşkar şəkildə dövlət çevrilişini və üsyanı anons etməsi isə gözlənilən idi.

İndi növbə Nikol Paşinyanındır. O isə çətin ki, V.Manukyan və dəstəsinin hədələrini qulaqardına vursun.

Elçin Alıoğlu Son.az

Kistik Fibroz  Mukovisidoz like
  • 20 Fev 19:25  
Digərləri Kistik Fibroz Mukovisidoz

Kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəs

arrow Ətraflı
Azərbaycanda son sutkada  yoluxanların statistikası  FOTO like
  • 20 Fev 19:23  
Digərləri Azərbaycanda son sutkada yoluxanların statistikası FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yolu

arrow Ətraflı
Ağciyərdə yaranan hormon virusun qarşısını alır like
  • 20 Fev 19:20  
Digərləri Ağciyərdə yaranan hormon virusun qarşısını alır

"Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı m

arrow Ətraflı
Mutasiyaya uğramış virus daha yüngül keçir? like
  • 20 Fev 19:15  
Digərləri Mutasiyaya uğramış virus daha yüngül keçir?

"Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun s

arrow Ətraflı
Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır? like
  • 20 Fev 19:10  
Digərləri Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstəl

arrow Ətraflı
Dişlərimizə qulluq zamanı etdiyimiz like
  • 20 Fev 19:05  
Digərləri Dişlərimizə qulluq zamanı etdiyimiz

Bəzi insanlar dişlərini gündə 2 dəfə fırçalasalar, dişlərinə yaxşı

arrow Ətraflı
Ford yeni nəsil "bərkgedən" F150 Raptor modelini təqdim edib  FOTO like
  • 20 Fev 19:01  
Digərləri Ford yeni nəsil "bərkgedən" F150 Raptor modelini təqdim edib FOTO

Ekstremal Ford F-150 Raptor pikapı 2009-cu ildə debüt edib və hitə çevrili

arrow Ətraflı
"Biz səhnədən gedirik, tükəndik" like
  • 20 Fev 18:59  
Şou-biznes "Biz səhnədən gedirik, tükəndik"

Müğənni Sevil və Sevinc Səfərova bacıları səhnədən gedir.

arrow Ətraflı
Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu like
  • 20 Fev 18:58  
Dünya Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəf

arrow Ətraflı
"İnsanların eybini açmayın" like
  • 20 Fev 18:53  
Şou-biznes "İnsanların eybini açmayın"

Həyatda hər şey insanın öz əlindədir əslində. Yaradılışı, qisməti,

arrow Ətraflı
Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb like
  • 20 Fev 18:50  
Digərləri Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb

Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı

arrow Ətraflı
Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək like
  • 20 Fev 18:37  
Dünya Britaniya hökuməti avtomobildən imtina edən sürücülərə mükafat verəcək

Böyük Britaniya hökuməti ətraf mühiti daha çox çirkləndirən avtomobil

arrow Ətraflı
Ən ləzzətli badımcan,bibər,pomidor dolması  VİDEO like
  • 20 Fev 18:30  
Digərləri Ən ləzzətli badımcan,bibər,pomidor dolması VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Bakıda heroin alverçiləri saxlanıldılar  FOTO  VİDEO like
  • 20 Fev 18:24  
Kriminal Bakıda heroin alverçiləri saxlanıldılar FOTO VİDEO

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölm

arrow Ətraflı
Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədi like
  • 20 Fev 18:19  
Digərləri Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədi

Vyetnamda "Hanfimex Group" müəssisəsi tərəfindən istehsal olunan

arrow Ətraflı