"İnsanların eybini açmayın"


Şou-biznes 20 Fev 2021 18:53:50 144 0

"İnsanların eybini açmayın"

Həyatda hər şey insanın öz əlindədir əslində. Yaradılışı, qisməti, dünyaya gətirəcəyi övladları və əcəli xaricində. Yəqin ki, hər hansı qüvvə tərəfindən yönəldiyimizi, idarə olunduğumuzu hər zaman hiss etmişik.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi sevgidən bəhs edib:

"İçimizdəki Allah sevgisi isə bizim vicdanımızdır. Heç vaxt deməyin "heç vaxt". Çünki heç kəs heç vaxt heç nədən sığortalanmayıb. Özünüzə rəva bilmədiyinizi başqasına rəva görməyin, yetər. Çalışın heç kəsin haqqına girməyin. Çünki qul haqqı ödənməlidir. Çalışın heç vaxt heç kəsi qınamayın. Çünki qınadıqlarımız başımıza gəlməyənə qədər Allah bizim canımızı almaz.

İnsanların eybini açmayın. Bir müsəlman digərinin eybini bu dünyada üzünə vurmazsa, Allah da qiyamətdə onun eybini üzünə vurmaz. Allahın yaratdıqlarına sevgi ilə yanaşın. Bəzən təmənnasız sevin. Yaradan bizi sevdiyi kimi. Əşyaları, ağacları, bitkiləri, gülləri, heyvanları, quşları, balıqları və həşəratları da sevin. Çünki dünyanı sevgi xilas edəcək".