Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu


Dünya 20 Fev 2021 18:58:00 116 0

Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəfə rekord vurub.

Son.az Trend-ə istinadən bildirir ki, kriptovalyuta son həftə ərzində 18 faiz bahalaşaraq 56,2 min dollara çatıb.

Bu, bitkoinin yarandığı gündən ən yüksək qiymətdir. Bildirilir ki, kriptovalyutanın dəyərinin yüksəlməsi səbəblərindən biri "Tesla" şirkətinin bu günədək bitkoinə 1,5 milyard dollar məbləğində investisiya yatırmağı olub.