İnsanda ilk dəfə quş qripi aşkarlandı


Dünya 20 Fev 2021 18:14:00 142 0

İnsanda ilk dəfə quş qripi aşkarlandı

Rusiyada insanda quş qripinə yoluxma faktı aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin cənubundakı bir fermada yeddi nəfərin H5N8 quş qripi testi müsbət çıxıb.

Rusiya İnsan Sağlamlığı və İstehlakçını Qoruma Qurumu virusun insandan insana keçdiyinə dair bir məlumat olmadığını bildirib:

"Virus quşlardan insana yoluxa bilər. Növlər arasındakı əngəli keçib. Yoluxmalar ilkin mərhələdə aşkarlanıb. Bununla bağlı məlumatlar Ümumdünya Səhiyyə Təşkilatına göndərilib".